Husilər İsrailin Nevatim aviabazasına raket zərbəsi endirib

“Ənsarullah” hərəkatından olan husilər İsrailin Nevatim aviabazasına hipersəs ballistik raketlə zərbə endiriblər.
“Report” “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.
Məlumata görə, Fələstinin cənubunda yerləşən Negeva bölgəsindəki Nevatim aviabazasına “Fələstin-2” hipersəs ballistik raketi ilə zərbələr endirilib