Husilər “MSC Sarah V” adlı gəmini vurdu

Husilər “MSC Sarah V” adlı gəmini vurdu

Yəməndəki “Ənsarullah” hərəkatının nümayəndələri Ərəb dənizində konteyner gəmisinin onlar tərəfindən vurulduğunu açıqlayıblar.

Bununla bağlı məlumat husilərə məxsus “əl-Məsira” telekanalında yayımlanıb.

Belə ki, telekanalda yayılan məlumata görə husilər Ərəb dənizində İsrailə aid olduğunu iddia etdikləri “MSC Sarah V” konteyner gəmisinə hücum ediblər. Hərəkatın sözçüsü Yəhya Sariya bildirib ki, zərbə yeni ballistik raketdən istifadə edilməklə həyata keçirilib.

Husilər Qəzza zolağında münaqişənin başladığı ötən ilin noyabrından bəri Qırmızı dənizdə və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + nine =