Husilər Qırmızı dənizdə gəmilərə 26 dəfə hücum edib
![Husilər Qırmızı dənizdə gəmilərə 26 dəfə hücum edib](https://sizinyol.org/wp-content/uploads/2024/01/9d0026d7-9148-3455-95ea-c8bd77c730b6_850.jpeg)
Yəmənin üsyançı “Ansar Allah” (Husi) hərəkatının silahlıları noyabrın 19-dan bu günədək Qırmızı dənizdə 26 hücum həyata keçirib.
TASS xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Yanvarın 9-da husilər Yəmənin nəzarətindəki ərazidən Qırmızı dənizin cənubunda beynəlxalq dəniz zolaqlarına doğru PUA, gəmi əleyhinə qanadlı raketlər və gəmi əleyhinə ballistik raketlərdən istifadə edərək onlarla kompleks hücuma keçiblər”, – açıqlamada deyilir.
“Bu, husilərin 19 noyabrdan bəri Qırmızı dənizdəki ticarət yollarına 26-cı hücumudur”, – komandanlıq aydınlaşdırıb. Tələfat və dağıntıların miqyası barədə məlumat yoxdur.
ABŞ Komandanlığının məlumatına görə, “18 İHA, 2 gəmi əleyhinə qanadlı raket və 1 gəmi əleyhinə ballistik raket” vurulub. CNN-in çərşənbə axşamı verdiyi məlumata görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə husilərin Yəməndən atdığı 24 raket və pilotsuz uçan aparatı vurub.