Husilər Qırmızı dənizdə “Mado”ya hücum etdilər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə ABŞ-yə aid olduğunu müəyyən etdikləri “Mado” adlı maye-qaz tankerinə hücum ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.
“Yəmən hərbi-dəniz qüvvələri gəmi əleyhinə raketlərdən istifadə edərək əməliyyat keçiriblər və Qırmızı dənizdə ABŞ-yə məxsus “Mado” gəmisini hədəf alıblar”, – deyə Sariya husilərə məxsus “Al Masirah” telekanalında bildirib.