Husilər Səudiyyənin böyük neft zavoduna hücum ediblər, partlayışlar baş verib
Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələri və Xalq Komitələri (husilər) Səudiyyə Ərəbistanın Cazan əyaləti sahilində bir sıra enerji obyektlərini hədəfə alıblar.
İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.
Bildirilib ki, Cazan əyaləti sahilində neft paylama qurğularına hücum edilib və yanğınlar baş verib.
Məlumata görə partlayış husilərin qayıqlarla həyata keçirdiyi hücumdan sonra, Cazan əyaləti sahilində neft zavodunun platformalarının birində baş verib.
Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələri və Xalq Komitələri (husilər) hücumun Səudiyyə Ərəbistanın hava zərbələrinə və ölkəni mühasirədə saxlamasına cavab olaraq həyata keçirdiklərini bildiriblər.