Husilər yenidən Səudiyyənin strateji hava limanını PUA-larla hədəfə aldıqlarını bildiriblər
Husilərin başçılıq etdiyi Yəmən Ordusu Səudiyyə Ərəbistanın cənubunda Əbha hava limanını hədəfə aldıqlarını bildiriblər.
SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin mətbuat katibliyi bəyanat verib.
Yəmən SQ-nin mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi twitter səhifəsində bildirib ki, “Səudiyyə Ərəbistanı koalisiyasının ölkəni hava, quru və sudan mühasirəyə alması və intensiv hava zərbələrinə cavab olaraq, bu ölkənin Əbha hava limanında bir neçə mövqe dəqiqliklə hədəfə alınıb.”
Qeyd edək ki, husilər son həftələrdə məhz bu hava limanını intensiv olaraq hədəfə alırlar.
Səudiyyə Ərəbistanı tərəfi isə PUA-ların çoxunun havadan müdafiə sistemləri ilə vurulduğunu bildirir.