Husilər Yunanıstana məxsus yük gəmisinin ekipaj üzvlərini qaçırıb

Husilər Yunanıstana məxsus yük gəmisinin ekipaj üzvlərini qaçırıb

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Qırmızı dənizdə batan Yunanıstana məxsus “Eternity C” yük gəmisinin ekipaj üzvlərini qaçırıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin bəyanatında deyilir.

“Husilər bir neçə dənizçini öldürdükdən, gəmini batırdıqdan və xilasetmə əməliyyatlarına mane olduqdan sonra “Eternity C” gəmisinin sağ qalan ekipaj üzvlərinin çoxunu qaçırıblar. Biz onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik.”, – səfirliyin bəyanatında deyilir.

Bəyanatda yük gəmisinin heyətinin 21 Filippin və bir Rusiya vətəndaşından ibarət olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + fifteen =