Husilərin Qırmızı dənizdə gəmilərə hücumları İtaliyaya iqtisadi zərər vurub
“Husilərin Qırmızı dənizdə gəmilərə hücumları nəticəsində İtaliyaya iqtisadi zərər dəyib”.
“Nova” agentliyinin verdiyi məlumata görə, bunu respublikanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani deyib.
Xarici işlər naziri qeyd edib ki, husilərin fəaliyyəti ilə bağlı iqtisadi zərər ilk növbədə cənub limanlarına, eləcə də Genuyaya təsir edib.
Onun sözlərinə görə, gəmilər indi Afrika ətrafında üzdüyü üçün idxal olunan malların qiymətini artırır: “Biz vəziyyəti normallaşdırmaq üçün çalışmalıyıq”.
O, həmçinin yaxın günlərdə Yaxın Şərqə səfər edəcəyini və bölgədə gərginliyin azaldılması üzərində çalışacağını bildirib.