“İan” qasırğası səbəbindən bütün Kuba işıqsız qalıb

“İan” qasırğası səbəbindən bütün Kuba işıqsız qalıb

“İan” qasırğasından sonra Kubanın bütün ərazisi işıqsız qalıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kubanın “Union Electrica” şirkəti məlumat yayıb.

Operatorun məlumatına görə, Kubanın qərb, mərkəzi və şərq sektorlarında elektrik şəbəkəsinin işində ciddi fasilələr qeydə alınıb.

Əlavə olunub ki, ölkənin enerji sistemi bu gecədən sabah səhərə qədər mərhələli şəkildə bərpa olunacaq.

Sentyabrın 27-də qasırğa 3-cü kateqoriyaya qədər gücləndi. Küləyin sürəti 50 metr/saniyəni keçib. İndi qasırğa ABŞ-ın Florida ştatına doğru irəliləyir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 8 =