İbrahim türbəsində ibadət edənlərə sionistlər maneə oldular

İbrahim türbəsində ibadət edənlərə sionistlər maneə oldular

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğalçı rejimin hərbiçiləri çərşənbə günü günortadan sonra İbrahimi məscidinə ehtiramsızlıq edərək ayaqqabı ilə məscidin içərisinə hücum etmiş və ibadət edənləri qovmuşlar.

“Palestine Today” qəzetinin məlumatına görə, ibadət edənlər və vəqf idarəsinin işçiləri hərbiçilərin bu hücumdan şoka düşmüşlər.

İşğalçı qüvvələr vəqf idarəsinin sürücüsünü və bir neçə nəfəri döyərək zorla oradan çıxarmış və hərəmin açarlarını müsadirə edərək yəhudi bayramı bəhanəsi ilə oranı bağlamışlar.

Bazar günü işğalçı rejim rəsmiləri, on günlük Yəhudi bayramı ərzində sionistlərin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə İbrahimi məscidinin həyətini və eyvanlarını namaz qalanların üzünə bağlamaq və Hebronun qədim hissəsinin girişlərində təhlükəsizliyi gücləndirmək qərarına gəlmişlər.

İşğalçı rejim İbrahimi məscidinin daxilində və ətrafında tədbirlər görərək məscidi tədricən ələ keçirməyi planlaşdırırlar. Bu isə müsəlmanların dini ayinlərini yerinə yetirdikləri müqəddəs bir İslam məkanının təhqir olunmasıdır. İşğalçı rejimin bu hərəkətləri bütün beynəlxalq nizamnamələrə və səmavi dinlərə ziddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + one =