İbrani dilli sayt: Livan Hizbullahının pilotsuz təyyarələri İsrailin dərinliklərini hədəfə ala bilir

İbrani dilli sayt: Livan Hizbullahının pilotsuz təyyarələri İsrailin dərinliklərini hədəfə ala bilir

İsrail hərbi kəşfiyyat şöbəsi hesab edir ki, Livan Hizbullahı işğal olunmuş ərazilərin bütün dərinliklərini hədəfə ala bilən pilotsuz təyyarələrə malikdir.

Ən-Nəşrə saytının məlumatına görə, sionist rejim indi açıq şəkildə Livan Hizbullahının raket və pilotsuz təyyarələrinin bu rejimin təhlükəsizliyinə qarşı müxtəlif hücumlarının öz xalqı üçün təhlükəsindən danışır.

2006-cı ildə ikinci Livan müharibəsi başa çatdıqdan sonra, İsrail hava zərbələri endirməkdən imtina edib.” – deyə, Walla təhlükəsizlik mənbələrindən sitat gətirib.

Bu, onu göstərir ki, İsrail və Hizbullah 2006-cı ilin yayında İsrailin Livana təcavüzündən sonra yaradılmış çəkindirmə balansı və qaydalar əsasında fəaliyyətlərini davam etdirirlər.

Sayt həmçinin elan edib: “İsrail son vaxtlar İsrail Hərbi Hava Qüvvələrini və onun fəaliyyətini təhdid edən mesajlar alıb. Bu addım Livan müqavimətinin hava hücumundan müdafiə sistemlərinə malik olduğunu elan etməsindən sonra atılıb.”

Livan Hizbullahının pilotsuz təyyarələrinin İsrailin hava məkanını poza bilməsi və qırıcı və müdafiə sistemlərinin onu vura bilməməsi təhlükəli strateji uğursuzluqdur.

Sayt bildirir ki, Hizbullah son dövrlərdə İsrail ordusunun qərargahındakı əməliyyat bölməsinin komandanlığına istinadən müxtəlif mesajlar verib. Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullah hava münaqişəsi qaydalarının əvvəlkindən fərqli olduğunu vurğulayıb.

Sayt qeyd edib: “Hizbullah son dövrlərdə öz hava hücumundan müdafiə sistemlərini qəsdən faş edib.”

Jerusalem Post daha əvvəl Hizbullahın 2000 PUA-ya sahib olduğunu yazmışdı. Bu dronların çoxu qabaqcıldır. Hizbullah bu pilotsuz təyyarələrdən İsrailin strateji hədəflərinə qarşı hücumlarda istifadə etmək istəyir.

Walla-nın hərbi məsələlər üzrə analitiki Əmir Buhəbut Tel-Əvivdəki təhlükəsizlik mənbələrinə istinadla deyib: “Hərbi kəşfiyyat şöbəsi hesab edir ki, Hizbullah pilotsuz təyyarələri İsrailin bütün dərinliklərini hədəfə almağa qadirdir və bu pilotsuz təyyarələrin işə salınması müstəqil və avtomatikdir və onlar dənizə enib sonra geri qayıda bilərlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − twelve =