İbrani mənbələri Qəzza müharibəsində 3000 İsrail əsgərinin daimi əlil olduğunu etiraf edib
Sionist rejimin mediası müharibənin əvvəlindən bu rejimin ən azı 3 min yaralı əsgərinin daimi əlilliyə məruz qaldığını elan edib.
Mehr xəbər agentliyinin Əl-Nəşrə-yə istinadən verdiyi məlumata görə, İsrailin 12-ci kanalı Qəzza müharibəsində yaralanan 3000 İsrail əsgərinin orduda daimi əlillər kimi təsnif edildiyini etiraf edib.
Sionist ordu daha əvvəl iddia etmişdi ki, Əl-Əqsa tufanı əməliyyatının başlanmasından bu yana 5 min yaralı əsgər bu rejimin xəstəxanalarına daxil olub və onlardan 2 min nəfərinin əlil olduğu təsdiqlənib.
Xəbər mənbələrinin məlumatına görə, sionist rejimin Qəzzə xalqına qarşı müharibəsinin başlanğıcından bu yana 10 mindən çox sionist əsgər yaralanıb, onlardan 131-i müalicə zamanı dünyasını dəyişib və 471-nin vəziyyəti çox ağırdır.
Sionist “Yediot Aharonot” qəzeti yazıb: “Orduda yaralananların xəstəxanalar vasitəsilə dərc edilən faktiki statistikası ordunun açıqladığı statistikadan qat-qat yüksəkdir.”