İbrani mediası: Biz Hizbullahın pilotsuz təyyarəsinə məğlub olduq

İbrani mediası: Biz Hizbullahın pilotsuz təyyarəsinə məğlub olduq

Bir İbrani qəzeti İsrail ordusunun dünən Hizbullaha məxsus pilotsuz təyyarəsinin işğal olunmuş ərazilərə daxil olmasına mane ola bilməməsi barədə məlumat yayıb. Bunu İsrail ordusunun həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından uğursuzluğu kimi qiymətləndirib.

İbrani qəzeti “Kalkalist” cümə günü axşam saatlarında Livan Hizbullah hərəkatının pilotsuz kəşfiyyat təyyarəsinin qarşısını almaq cəhdinin sionist ordusu üçün baha başa gəldiyini bildirib.

 “F-16 qırıcıları, Apaçi helikopterləri və “Dəmir Qübbə” raketləri Livandan İsrailə sızan pilotsuz təyyarənin qarşısını ala bilməyib.” – deyə, “Kalkalist” qəzeti yazıb.

Kalkalist əlavə edib ki, bu bacarıqsızlıq, təhlükəsizlik uğursuzluğu ilə yanaşı, həm də Tel-Əviv ordusu üçün iqtisadi uğursuzluqdur və rejim qüvvələrin mövcud və ucuz vasitələrdən istifadə etməsini tələb edir.

 “Hizbullah və HƏMAS hərəkatı bu sahədə yaxşı tanınır və onların məqsədi təkcə PUA-larla İsrailin hava məkanına sızması deyil, həm də silahdan istifadə edərək hücum üçün zəmin yaratmaqdır.” – deyə, məlumatda bildirilir.

İbrani qəzeti əlavə edib: “Bu, sadəcə olaraq psixoloji müharibədə qələbə deyil. “Əlbəttə, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah bununla fəxr edir və əgər bu pilotsuz təyyarənin kamerası varsa, [Seyyid Həsən Nəsrullah] onun çəkdiyi video ilə də fəxr edəcək.”

Kalkalist yazıb: “Qırıcılar və helikopterlər adətən cüt-cüt uçur və ABŞ Hərbi Hava Qüvvələrində hər bir F-16-nın saatlıq xərci təxminən 22 min dollardır” – deyə o, dünənki məğlubiyyətin səbəb olduğu maliyyə itkilərinə toxunub. ABŞ ordusunda Apaçi helikopterinin xərci təxminən 4000 dollar və “Dəmir Qübbə”nin atdığı hər raketin qiyməti təxminən 50 min dollardır”.

Bununla belə, qəzet qeyd yazıb ki, İsrail Hərbi Nazirliyi uçuş saatlarının xərcini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =