İbrani mediası: Danışıqlar topu hələ də HƏMAS-ın meydanındadır
İsrailin danışıqlar qrupu bu axşam Dohaya gələrkən, ibranidilli bir media bu danışıqların idarəetməsinin hələ də Həmas tərəfində olduğunu etiraf edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Şerit Avitan Kohen “İsrail Hayom” qəzetinin bugünkü (27 oktyabr) sayında dərc olunan analitik məqalədə Mossad rəhbəri David Barnianın Qətərin paytaxtı Dohaya gedəcəyini və danışıqlara yenidən başlayacağını bildirib.
Məqalədə deyilir: Barnia Dohaya getməzdən əvvəl Ramsarda Misir Kəşfiyyat Xidmətinin yeni rəhbəri ilə görüşüb və Şabakın rəhbəri Ronin Barla birlikdə girovların geri qaytarılması məsələsini müzakirə edib.
Qəzet həmçinin etiraf edir: Sinvarın olub-olmamasının heç bir fərqiyoxdur. Çünki keçmişdə olduğu kimitop hələ də Həmasın ixtiyarındadır və bu ana qədər girovların geri qaytarılması (İsrailin tələbi) qarşısında atəşkəs üçün heç bir reaksiya göstərməyəcəyini kürsüyə qoyub.
Bu hesabatın başqa bir hissəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin İsrail və Misirin kəşfiyyat xidmətlərinin rəhbərləri, eyni zamanda Misir nümayəndələri ilə görüşməli olduğu bildirilir.