İbrani mediası: Hizbullah İsrailə qarşı elektron müharibəyə başlayıb

İbrani mediası: Hizbullah İsrailə qarşı elektron müharibəyə başlayıb

İşğal olunmuş Fələstinin şimalında əsassız həyəcan təbili çalındıqdan sonra ibrani media mənbələri sionist rejimə qarşı elektron müharibə kontekstində Livan Hizbullahının bu insidentdə iştirakının mümkünlüyünü bildiriblər.İbrani dilində “Kan” kanalı bununla bağlı elan edib ki, sionist rejim işğal altındakı Fələstinin şimalında son bir həftə ərzində səbəbsiz yerə səslənən həyəcan siqnallarının Hizbullahın işi olub-olmaması məsələsini araşdırır.

Kanın siyasi məsələlər üzrə müxbiri deyib: Keçən çərşənbə bütün şimal bölgəsində həyəcan təbili çaldı və İsrailə pilotsuz təyyarə hücumu xəbərləri Təl-Əvivin siyasi, kəşfiyyat və təhlükəsizlik orqanlarına çatdı.

Bu müxbir əlavə edib: Bu məsələ hazırda təhqiqat mərhələsindədir və faktiki olaraq baş verdiyini söyləmək olmaz, lakin son günlər şimal bölgəsində təkcə GPS cihazlarına müdaxilə ilə məhdudlaşmayan əhəmiyyətli elektron müharibə gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − seven =