İçərisində Azərbaycan vətəndaşları olan GƏMİ BATDI
Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası mülki müdafiə idarəsindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib və vəziyyətləri stabil olaraq Qabes xəstəxanasına çatdırılıb.
Bildirilir ki, Ekvatorial Qvineyadan yola düşən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, Sahil Mühafizəsi tərəfindən müşahidə edilib.
Publika.az