İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ötən il 133574 müraciət daxil olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ötən il 133574 müraciət daxil olub

2020-ci ilin mart-dekabr ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 133574 müraciət daxil olub.

Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 73828, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 11488, psixoloji dəstəklə bağlı xəttinə 3837, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 13039, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə isə 31382 müraciət daxil olub.

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (18725), özünütəcrid müddəti (13149) vəkoronavirus şübhəsi (10572) ilə bağlı olub.

İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 1144-ü əlillik məsələləri, 3663-ü dərman təchizatı, 6681-i sosial məsələlər barədə olub.

Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

• İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək –2150 müraciət
• COVID-19 xəstələri üçün psixoloji dəstək – 694 müraciət
• Müharibədən zərərçəkmişlər və hərbçilər üçün psixoloji dəstək – 223 müraciət

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə daxil olan müraciətlərin əksəriyyəti tibbi müayinə və müalicə (4657) ilə bağlı olub.

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən 2020-ci ilin mart ayında istifadəyə verilən Çağrı mərkəzi beş yönəldici xətt üzrə xidmət göstərir. Belə ki, Çağrı mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, icbari tibbi sığorta və digər məsələlər ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək xətti (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək xətti (1542-3), COVID-19 testinin nəticəsi və seroloji testlərilə bağlı xətti (1542-4) həftəiçi 08:00-dan 22:00-dək, həftəsonu 09:00-dan 21:00-dək, vaksinasiya xətti (1542-5) isə həftəiçi 08:00-dan 22:00-dək fəaliyyət göstərirlər. Qeyd edək ki, vaksinasiya xətti 2021-ci ilin əvvəlində istifadəyə verilib.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =