İçşilər günü keçirilən mitinqdə100-dən çox fransız polisi yaralanıb-Video

İçşilər günü keçirilən mitinqdə100-dən çox fransız polisi yaralanıb-Video

Fransa Daxili İşlər Nazirliyi bu ölkədə İşçilər günü keçirilən nümayişlər zamanı 180 nəfərin həbsinə toxunaraq, etirazçılarla toqquşmalarda 108 polis və təhlükəsizlik qüvvələrinin də yaralandığını bildirib.

1 May 2023-cü il bazar ertəsi gününə təsadüf edən milyonlarla fransızın İşçilər günü nümayişi ölkə polisinin müdaxiləsi ilə zorakılığa çevrilib.

Fransa Daxili İşlər Nazirliyi çərşənbə axşamı səhər saatlarında ölkənin hər yerində İşçilər günündə etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında toqquşma zamanı 108 polisin yaralandığını açıqlayıb.

 “Sputnik” xəbər agentliyinin məlumatına görə, etirazçıların Molotov kokteyli atması nəticəsində ağır yanıq xəsarətləri alan Fransa təhlükəsizlik qüvvələrindən birinin vəziyyəti ağırdır.

Jurnalistlər bildirirlər ki, Parisdə yürüş başlayandan dərhal sonra “Qara blok” hərəkatının ekstremistləri ilə Fransa təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar başlayıb, polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Məlumatlara görə, etirazçılar molotov kokteyli, rəngli güllələr və butulkalardan istifadə edərək Fransa polisi və təhlükəsizlik qüvvələrinə hücum edib, bankların, digər ictimai və özəl yerlərin şüşələrini sındırıblar.

Sputnik-in məlumatına görə, Fransa Həmkarlar İttifaqları Ümumi Konfederasiyası İşçilər günü nümayişlərində ölkə üzrə 2,3 milyon insanın iştirak etdiyini, onlardan 550 mini Parisdə olduğunu açıqlayıb.

Eyni zamanda, Fransa Daxili İşlər Nazirliyi bütün ölkədə nümayişçilərin sayının 700 mindən çox, Parisdəki etirazçıların sayının isə 112 min nəfər olduğunu bildirib.

Fransa hakimiyyətinin məlumatına görə, bu nümayiş zamanı ictimai asayişi pozan və təhlükəsizlik qüvvələrinə hücum edən 180 etirazçı həbs edilib, onlardan 53-ü Parisdəndir.

Fransanın aparıcı həmkarlar ittifaqları daha əvvəl insanları kütləvi nümayişlərlə 1 Mayı “pensiya islahatlarına qarşı və sosial ədalətə bağlı görünməmiş xalq aksiyası” gününə çevirməyə çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 8 =