İdlibdə “Əl-Qaidə” terrorçuları öldürüldü
Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu İdlib şəhərində “Əl-Qaidə” terrorçu qruplaşmasına qarşı əməliyyat keçirib.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, Suriya ordusu raketlərdən istifadə edərək, “Əl-Qaidə” toplanma məntəqəsini vurub. Nəticədə onlarla terrorçunun məhv edildiyi diqqətə çatdırılıb.