İdlibdə baş verən partlayışda azı 71 nəfər həlak olub — evakuasiya çətinlikləri davam edir! (Video İzlə)

İdlibdə baş verən partlayışda azı 71 nəfər həlak olub — evakuasiya çətinlikləri davam edir! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Suriyanın İdlib şəhərində güclü partlayışlar nəticəsində azı 71 nəfərin həyatını itirdiyi bildirilir.

Bu barədə Suriya TV kanalı məlumat yayıb və ölənlərin sayının hələlik tam dəqiqləşdirilmədiyini qeyd edib.

Partlayışlar davam edir və Suriya Fövqəladə Hallar Nazirliyi evakuasiya əməliyyatlarında ciddi çətinliklərlə üzləşdiyini açıqlayıb.

Partlayışın silah anbarı olduğu güman edilən ərazidə baş verdiyi bildirilir.

Idlib TV kanalında yayımlanan görüntülərdə bir uşaq tərəfindən mobil telefonla partlayışın qeydə alınması əks olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − six =