II Fəxri Xiyabanda RƏZALƏT: Şəhidlərin məzarına qoyulan güllər oğurlandı

II Fəxri Xiyabanda RƏZALƏT: Şəhidlərin məzarına qoyulan güllər oğurlandı

İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məluma verib.

Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:

“Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları kameralara da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir”.

Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir.

Gül oğrularının görüntülərini təqdim edirik:

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 3 =