II ixtisas qrupu üzrə yüksək nəticə əldə edən abituriyent

II ixtisas qrupu üzrə yüksək nəticə əldə edən abituriyent

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 14-15-də keçirilən qəbul imtahanları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

Göstəricilərə əsasən Salyan rayonu 4 saylı şəhər orta məktəbin məzunu Əflan Bədəlov ən yüksək nəticəni əldə edərək, 691.2 bal toplayıb.

Əflan deyir ki, onun bu nəticədən də əvvəl uğurları olub. Belə ki, respublika fənn olimpiadalarında dəfələrlə birincilik əldə edib.

Əflanın anası Firuzə Bədəlovanın sözlərinə görə, o oğlunun yüksək nəticə göstərəcəyinə inanırmış. 

Qeyd edək ki, Əflan Bədəlov 2004-cü ildə aprelin 1-i Salyan şəhərində anadan olub.

Əflanın bundan öncə də yüksək nəticələri olub. Belə ki, o, respublika fənn olimpiadalarında  coğrafiya fənni üzrə 9, 10 və 11-ci siniflərdə iştirak edərək 3 il dalbadal 1-ci yerləri tutub. 

Həmçinin bu il 11-ci sinfi xüsusi nümunəli attestatla bitirərək qızıl nişanla təltif edilib.

İnteraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + four =