İİR-nın Çindəki səfiri: Sincanla ticarət dövriyyəsini artırmalıyıq

İİR-nın Çindəki səfiri: Sincanla ticarət dövriyyəsini artırmalıyıq

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Sincan bölgəsinə səfər etdikdən sonra İran İslam Respublikasının Çindəki səfiri tvitter səhifəsində yazıb: “Sincanın Çinin kənd təsərrüfatı mərkəzi olduğunu nəzərə alaraq bu vilayətlə ticarət dövriyyəsini artırmalıyıq.”

Məhəmməd Keşavərzzadə həmçinin tvitter səhifəsində belə bildirib: “İranın böyüklüyündə və səkkiz ölkə ilə qonşu olan Sincan, İpək Yolu yaranandan bəri Çinin Qərblə qovşağıdır. Bu vilayətin inkişafı kənd təsərrüfatı, nəqliyyat və turizmə əsaslanır. Kütləvi abadlaşdırma, su təchizatı layihələri və müasir texnologiyalar onu Çinin kənd təsərrüfatı mərkəzinə çevirib.”

Qeyd edək ki, Pekindən bir sıra səfirlər və xarici diplomatlar Çin Xarici İşlər Nazirliyinin dəvəti ilə Sincan bölgəsini ziyarət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 11 =