İİR parlamentinin spikeri: Ayətullah Xameneinin Putinə mesajı Rusiya ilə strateji əlaqələr çərçivəsindədir

İİR parlamentinin spikeri: Ayətullah Xameneinin Putinə mesajı Rusiya ilə strateji əlaqələr çərçivəsindədir

Sizinyol.com xəbər verir ki, İİR parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Moskvaya qədəm qoyduqdan sonra jurnalistlərlə müsahibəsində, “Mən Rusiya Duması spikerinin rəsmi dəvəti ilə Rusiyaya gəlmişəm və bu ölkəyə ilk rəsmi səfərimdə Ali Rəhbərin Putinə iki ölkə arasındakı strateji əlaqələr çərçivəsində olan mesajını gətirmişəm.”

Qalibaf deyib: “İran İslam Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətlər uzunmüddətli və strateji yanaşmaya əsaslanır və buna görə də iki ölkənin parlamentləri ölkələr arasındakı regional və beynəlxalq məsələlərdə strateji əməkdaşlığın dərinləşdirilməsi, istiqamətləndirilməsi və zəmin yaradılması üçün danışıqlar aparacaqlar.”

O, Qərbin hər iki ölkəyə qarşı tətbiq etdiyi amansız sanksiyalara toxunaraq, ölkələrin sanksiyaların təsirini azaltmaq üçün müxtəlif iqtisadi sahələrdə birlikdə çalışdıqlarını söyləyib.

Qalibaf deyib: “Bu səfər zamanı nüvə razılaşması ilə bağlı məsələləri də müzakirə edəcəyik.”

Qalibaf əlavə edib: “İranın Rusiyadan aldığı koronavirus əleyhinə peyvənd və eləcə də səhiyyə sahəsində digər əməkdaşlıqların davam etdirilməsi də danışıqlar mövzusu olcaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =