İki gürcü, bir rus əsir götürüldü
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Gürcüstanın Cənubi Afrikadakı (CAR) Konsulluğundan alınan məlumata əsasən, mayın 2-nə keçən gecə Qabonun ərazi sularında lövbər salmış gəmidən 3 dənizçi qaçırılıb. Gəmidə qalan dənizçilər üçün təhlükə yoxdur”,- deyə agentlik bildirib.
Gürcüstanın Cənubi Afrikadakı konsulu, Gürcüstan Xarici İşlər Nazirliyi və Amerika gəmiçilik şirkəti dənizçilərin axtarışına qoşulub.
Publika.az