İki ölkə münasibətlərində yüksək etimad əlaməti

İki ölkə münasibətlərində yüksək etimad əlaməti

Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilir.

  Bu məlumata əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.

  Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, “Dənizdə axtarış-xilasetmə” təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.  

  “AZİREX2024” adlı birgə axtarış-xilasetmə təlimi sülh və dostluq naminə əməkdaşlıq şüarı altında keçirilir.

  Təlimin məqsədi regionda kollektiv təhlükəsizliyi gücləndirmək və sahilyanı ölkələr arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək, eləcə də bu ölkələrin dəniz təhlükəsizliyini dəstəkləməkdə xoşməramlılığını və imkanlarını nümayiş etdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 7 =