İki ölkə üçün RUSİYA TƏHLÜKƏSİ: donanmaya “hazır ol” ƏMRİ VERİLDİ

Publika.az xəbər verir ki, bu barədə “İltalehti” yazır.
Bildirilir ki, buna səbəb külək stansiyaları və sualtı elektrik kabellərinin yaxınlığında görünən rus gəmiləri olub.
“İsveç və Finlandiya donanmaları Rusiyanın bu ölkələrin enerji şəbəkələrinə hücumunun qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir”, – nəşr yazır.
İsveçin donanmasının komandiri Eva Skooq Haslum bildirib ki, Rusiya tərəfi guya hücum üçün hədəflərin xəritəsini tərtib edib.
Publika.az