İlahiyyatçı-alim Hacı Tale Bağırzadə zindandan müraciət ünvanlayıb:

İlahiyyatçı-alim Hacı Tale Bağırzadə zindandan müraciət ünvanlayıb:

Mübariz Fələstin gəncliyinin bəşəriyyətə azadlıq mesajı.

Bu çağırış illərlə zülmə məruz qalaraq ərazisini düşmən tapdağında görən bir xalq olaraq biz azərbaycanlılar üçün tanış və doğmadır. Zamanla dünya güclərinin şahidlik edərək susub seyrçi olduğu torpaqlarımızda qəsbkar güclərin yaşaması hər bir Azərbaycanlı üçün bir vicdan mövzusu idi. İlk fürsətdə Azərbaycan əsgəri öz vətəninin bütövlüyü, azadlığı üçün erməni mifini darmadağın edərək onun haqqı olan torpağını geri ala bildi. Bu onun bir millət olaraq dünyaya verdiyi azadlılq mesaji idi.Bu gün artıq on illərdir ərazisi sionist İsrail tərəfindən işğal olunaraq əhalisinə divan tutulan Fələstinin mübariz xalqı yalançı “İsrail qüdrəti” illuziyasını dağıdaraq əslində dünyaya qəsbkarların necə zəif və qorxalq olduğunu göstərən mesajını verməklə öz haqqına sahiblənməyə başladı. Müharibə gedən ərazilər bütün dünyanın qəbul etdiyi Fələstin torpağıdır. Onların haqqını əlindən alaraq torpaqlarını işğala məruz qoyan isə sionist rejimidir. Bu gün bu rejmin həqiqətini, onun nə qədər zəif olduğunu nümayiş etdirən isə mübariz Fələstin gəncləridir.Biz, öz haqq savaşında on illərlə mübarizə aparan Fələstin xalqı və xüsusi olaraq mübariz Fələstin gəncliyini salamlayır və onlara ərazi bütövlüyü uğrunda qəsbkar Sionist-İsrail rejimi üzərində qələbəsində dəstəyimizi bəyan edirik.- MBH sədri Hacı Tale Bağırzadə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =