İlan sancmaları niyə artıb?-Video

İlan sancmaları niyə artıb?-Video

Son vaxtlar ölkə ərazisində ilan sancmalarının sayı artıb. Təkcə iyun ayı ərzində Kliniki Tibbi Mərkəzə 17 nəfər ilan sancması ilə bağlı müraciət edib. Onların arasında jurnalist İntiqam Valehoğlunun övladı da var. Bu barədə jurnalist öz sosial şəbəkə hesabında yazıb.

“Uşaq həyətdə oynayanda ilan sancıb. Təcili tibb müəssisəsinə çatdırdıq. Orada tibbi yardım göstərildi. İndi vəziyyəti yaxşıdır”. Zoologiya institutunun əməkdaşı Təvəkkül İsgəndərov son vaxtlar ilan sancmalarının sayının artmasını havaların isinməsi ilə əlaqələndirir.

Havalar isindikcə ilanların da aktivləşməyə başladığını deyən mütəxəssis zəhərli ilanları digərlərindən görünüşünə görə fərqləndirməyin mümkün olduğunu qeyd edir. Təvəkkül İsgəndərov ilanların yalnız özlərinə qarşı təhlükə hiss etdikdə müdafiə olunmaq üçün aqressivləşdiklərini söyləyir.

Bəs ilanla qarşılaşdıqda necə davranılmalıyıq? Kliniki tibbi mərkəzin baş toksikoloqu Azər Maqsudov deyir ki, ilan insan bədəninin əsasən yuxarı və aşağı ətraflarını sancır.

Bəs ilan sancarkən necə davranmalıyıq? Azər Maqsudov onu əlavə edib ki, ilan insanın baş, boyun və üz hissəsindən sancanda onu vaxt itirmədən, dərhal tibb müəssisəsinə çatdırmaq lazımdır, əks halda əsasən uşaqlar və yaşlıların həyatı üçün birbaşa təhlükə yarana bilər. 

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =