İlham Əliyev: 7 kəndi azad etdik, Ermənistanın Suxo-25 qırıcısı məhv edildi

İlham Əliyev: 7 kəndi azad etdik, Ermənistanın Suxo-25 qırıcısı məhv edildi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Dağlıq Qarabağdakı bir neçə kəndin Azərbaycan Respublikasının qüvvələri tərəfindən azad edilməsi ilə eyni vaxtda dırnağarası Dağlıq Qarabağ hökumətinin başçısı mərkəzin Xankəndidən İrəvana köçürüldüyünü elan etdi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Dağlıq Qarabağ bölgəsindəki əməliyyatları zamanı yeni ərazilərin azad olunduğunu elan etdi.

Çərşənbə axşamı Twitter hesabında Azərbaycan Respublikasının qüvvələrinin Cəbrayılın (Cənubi Qarabağ) Mirək və Kavdar kəndlərini, Zəngilanın (Ermənistanla həmsərhəd) Məşhədi İsmaiyıllı və Şəfibəyli kəndlərini və Qubadlının (Qərbi Qarabağ) Başarat, Qarakişilər və Qaracalı kəndlərini azad etdiklərini yazdı.

Günün əvvəlində Azərbaycan Respublikasının Prezidenti Tvitter səhifəsində Ermənistan və Dağlıq Qarabağ qüvvələrinin yaşayış və özəl əraziləri hədəfə alma hərəkətlərini tənqid edərək, Azərbaycan Respublikası qüvvələrinin işğal altında olan ərazilərini azad etmək üçün müasir texnikaya və yüksək ruhiyyəyə sahib olduqlarını söylədi.

Bu ərazilərin azad edilməsinin elan edilməsi ilə yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Dağlıq Qarabağ üzərində ermənilərin Suxo-25 döyüş təyyarəsinin vurulduğunu elan etdi.

Bakı bundan əvvəl altı erməni döyüş təyyarəsinin məhv edildiyini elan etmişdi.

Bakı işğal altındakı bütün ərazilərin müzakirələr vasitəsi ilə azad edilməsinin 30 ilə yaxın bir müddətdə nəticəsiz olduğunu bildirdi və Ermənistanı məğlubiyyəti qəbul etməyə və Azərbaycan Respublikası ərazisindən çəkilməyə çağırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + one =