İlham Əliyev Ayətullah Rəisini inqilabın qələbəsinin ildönümü münasibətilə təbrik edib

İlham Əliyev Ayətullah Rəisini inqilabın qələbəsinin ildönümü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İran Prezidentinə ünvanladığı mesajda İslam İnqilabının qələbəsinin 43-cü ildönümü münasibətilə təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisini İslam İnqilabının qələbəsinin 43-cü ildönümü münasibətilə təbrik edib.

O, bu mesajında yazıb:

İki ölkə arasında münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ümumi mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə əsaslanır. Biz iki ölkə arasında belə möhkəm təməl üzərində qurulan münasibətlərə xüsusi önəm veririk.

Sevindirici haldır ki, bu gün ikitərəfli əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Yüksək səviyyəli siyasi danışıqlar, qarşılıqlı və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir.

İqtisadiyyat, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi buna bariz nümunədir. Sizinlə Aşqabadda qarşılıqlı anlaşma şəraitində görüşümüzü xoşhallıqla xatırlayıram.

İran İslam Respublikasının Milli Günü – İslam İnqilabının Qələbə Günü münasibətilə onun əziz xalqını ürəkdən təbrik edir, onlara cansağlığı və əmin-amanlıq arzulayıram.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu münasibətlə təbrikində deyilir:

 İran İslam Respublikasının Milli Günü münasibətilə İran hökuməti və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 5 =