İlham Əliyevin Pezeşkiyanı qarşılama mərasimi

İlham Əliyevin Pezeşkiyanı qarşılama mərasimi

Azərbaycan Respublikasının Prezidenti, hazırda Xankəndi şəhərində keçirilən EKO Zirvə Toplantısının rəsmi açılışından öncə İran İslam Respublikasının Prezidentini qarşılayıb.

Məsud Pezeşkiyan bu gün, (cümə günü) Azərbaycan Prezidentinin dəvəti ilə və İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin dövlət başçılarının on yeddinci sammitində iştirak etmək məqsədilə toplantının keçirildiyi Xankəndi şəhərinə səfər edib. O, sammitin keçirildiyi məkana daxil olduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşılanıb.

Azərbaycan, Türkmənistan, Əfqanıstan, Özbəkistan, Tacikistan, Pakistan və Qazaxıstan kimi ölkələrin dövlət başçıları da bu toplantıda iştirak edirlər. Bu sammit iqtisadi, sosial və siyasi sahələrdə fikir mübadiləsi aparmaq, həmçinin bölgə maraqları naminə ortaq əməkdaşlıq imkanları yaratmaq üçün bir fürsətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =