İlk “Azərbaycan Müqavimət Hekayəsi Karvanı” yola düşdü

İlk “Azərbaycan Müqavimət Hekayəsi Karvanı” yola düşdü

Bu karvan Zəncan və Ərdəbildə Azərbaycanın Müqavimət hekayələrinin üç gün ərzində insanlara çatdırılmasından sonra İranın Azərbaycan və Ermənistanla sərhədinə, Aslanduz-Mərzabad, Xudafərin-Norduz və Norduz-Siyəhrud ərazilərinə üz tutub.Birinci Qarabağ müharibəsi rəvayətçiləri və yerli əhali ilə söhbətləşmək, Xudafərin körpüsünə baxış keçirmək, SEPAH-ın Təbrizdəki Aşura ordusu rəhbərliyi ilə görüş “Azərbaycan Müqavimət Hekayəsi Karvanı”nın proqramına daxil edilmiş digər fəaliyyətlər olub.

Bu “Azərbaycan Müqavimət Hekayələri Karvanı”nın ilk tədbiri olub. Bundan sonra Zəncan, Ərdəbil, Təbriz, Urmiyə şəhərləri başda olmaqla “Qarabağda, Naxçıvanda, ümumilikdə bütün Azərbaycanda İslami Müqavimət” mövzusu ilə bağlı digər tədbirlərin keçirilməsi də planlaşdırılır.

“Azərbaycan Müqavimət Hekayələri Karvanı”nın bu fəaliyyətinə KİV fəalları, Ərdəbil vilayətindəki qeyri-hökumət təşkilatları, İslam Yayım Birliyinin Qafqaz Media Mərkəzi üzvlər və s. qatılıb.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + eighteen =