İlk dəfə olaraq Əhməd Məsudla Taliban rəhbərliyi arasında İranda görüş baş tutub

İlk dəfə olaraq Əhməd Məsudla Taliban rəhbərliyi arasında İranda görüş baş tutub

Taliban hökumətinin xarici işlər naziri İrana səfəri zamanı Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin lideri Əhməd Məsud və sairlərilə görüşüb.

SalamNews xəbər verir ki, bu barədə Talibanın sözçüsü Zəbihulla Mücahid rəsmi tvitter səhifəsində yazıb.

Bildirilib ki, Taliban hökumətinin xarici işlər naziri Əmir-Xan Müttəqi ötən gün İrana səfəri zamanı Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin lideri Əhməd Məsud və Həratın sabiq valisi İsmail Xanla görüşüb.

Z.Mücahidin sözlərinə görə, “Əfqanıstan İslam Əmirliyi” tərəfindən qarşı tərəfə xatircəmlik verilib ki, heç bir narahatçılıq olmadan ölkəyə dönə birlərlər.

Qeyd edək ki, Taliban hökumətinin xarici işlər naziri Tehrana səfəri zamanı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla da görüşüb.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 1 =