İlon Mask Beynəlxalq Kosmik Stansiyanın istismarının dayandırılmasını təklif etdi

ABŞ-li iş adamı İlon Mask beynəlxalq ictimaiyyəti Marsa uçuşlara yönəlməyə çağırıb.
Bu barədə o, “X” sosial hesabında müraciət yayımlayıb.
“İndi Beynəlxalq Kosmik Stansiyanı pensiyaya göndərib diqqəti Marsa yönəltməyin vaxtıdır”, – deyə Mask qeyd edib.
2024-cü ildə Mask Marsın kolonizasiyası üçün ən azı 1 milyon insanın və bir neçə milyon ton yükün göndərilməsinin lazım olacağını və bunun 20 il ərzində mümkün olacağını bəyan etmişdi.
17 mart 2025-ci il tarixində isə o, insanın ilk dəfə Marsa gələcək 5-7 il ərzində ayaq basacağını açıqlayıb. Sahibkarın fikrincə, Marsda kolonizasiya üçün əsas məsələ Yer üzündə texnoloji inkişafın səviyyəsi olacaq. O bildirib ki, insanlar Marsda yalnız Yer planetindən asılı olmayaraq, həyatlarını qura və inkişaf etdirə bilərlərsə, orada qalıcı ola bilərlər.