İlon Mask Marsa uçuşa vəsait ayırmaq niyyətindədir

İlon Mask Marsa uçuşa vəsait ayırmaq niyyətindədir

“Tesla” və “Space X” şirkətlərinin rəhbəri, tanınmış iş adamı İlon Mask Marsa uçuşların təşkili üçün sərmayə yatırmaq niyyətindədir.

O, bununla bağlı tviter hesabında paylaşımında qeyd edib.

“Mənim planım bəşəriyyəti Marsa aparmaq və insan şüurunun işığını hifz etmək üçün pul xərcləməkdir”, – İ.Mask yazıb .

Bundan əvvəl “The Washington Post” nəşrində hökumət tərəfindən layihəsi irəli sürülən “milyarderlər vergisi”nin tətbiq olunacağı halında İ.Mask və Cef Bezosdan (hər ikisi dünya zənginləri sırasındadır) tutulan verginin Marsa uçuşun maliyyəsini ödəməyə bəs edəcəyi barədə yazı verilib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =