İmam Hüseyn (ə) hərəmi ətrafındakı xeymədə möcüzə baş verdi

İmam Hüseyn (ə) hərəmi ətrafındakı xeymədə möcüzə baş verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İmam Hüseyn (ə) əzası günlərində kor bir uşaq İmam Hüseynin (ə) hərəmi ətrafında zəvvarlara xidmət göstərən bir xeymədə şəfa taparaq görmə qabiliyyətini əldə edib.

Məhərrəm ayının altıncı günü iraqlı bir Kərbəla zəvvarları İmam Hüseynin (ə) hərəminin yanındakı xeymələrdən birinə gedir və xeymənin məsul şəxsinə Allah yolunda xərclənməsi üçün böyük məbləğdə nəzir olaraq pul verir. Xeymənin məsul şəxsi təəccüblənir və bunun səbəbini soruşduqda o, kor uşağının şəfa tapmasını bildirir və övladının əhvalatını belə danışır:

“Kiçik bir uşağım var ki, kəskin görmə problemi var idi və Məhərrəm ayının yeddisi bazar ertəsi günü göz əməliyyatı keçirməli idi. Anası çox narahat idi və durmadan Əli Əsgərə (ə) Həzrəti Hüseyn İbn Əliyə (ə) göz yaşı töküb ağlayır və Seyyidüş-Şühədadan oğlumuza şəfa diləyirdi.

Səhər həkim qəbuluna düşmək üçün oyananda uşağımın görmə probleminin həll olunduğunu hiss etdim və həkimə müraciət etdikdə onlar daha əməliyyata ehtiyac olmadığını və uşağınızın görmə qabiliyyətinin bərpa olunduğunu söylədilər. Övladım artıq heç bir problemsiz görə biləcəkdi.

Oğlumun şəfasını Əba Əbdillahdan (ə) aldım. Bu səbəbdən əmlakımın bir hissəsini xeyməyə verməyi və onu İmam Hüseyn (ə) yolunda xərcləməyi nəzir etdim. Bizim hər nəyimiz varsa İmam Hüseyn (ə) və onun səhabələrindəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 9 =