İmam Rzanın (ə) ziyarətindən sonra şiə məzhəbini qəbul edən afrikalı müsəlman

İmam Rzanın (ə) ziyarətindən sonra şiə məzhəbini qəbul edən afrikalı müsəlman

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Şiə olan afrikalı bir müsəlman deyir: “Müqəddəs Məşhəd şəhərinə getdikdən və İmam Rzanı (ə) ziyarət etdikdən sonra şiə dini haqqında dərin bir məlumat əldə etdim və tam əminliklə bu dinlə tanış oldum.

Höccətül-İslam Əbdülkamil Abbas şiə məzhəbinə əhli-sünnənin Maliki məzhəbindən on doqquz il əvvəl keçdiyini və bir dəfə İmam Rzanı (ə) ziyarət etdiyini deyib.

O, Mərkəzi Afrika və Kamerunun bir yerlisidir. Təxminən on dörd il əvvəl İmam Rzanın (ə) ziyarətinə gedir.

Hal-hazırda Kamerunun Duala şəhərindəki İmam Hüseyn (ə) Məscidinin imamıdır. Ən böyük xəyallarından birinin bir daha İranın mənəvi paytaxtı Məşhəd şəhərinə səyahət etmək və İmam Rzanı (ə) ziyarət etmək olduğunu bildirib.

Əbdülkamil izah edib: Kamerunda yaşadığım müddətdə şiə məzhəbi barədə dəqiq məlumata sahib deyildim. Burada Şiə imamları haqqında lazımi kitab və material yoxdur və vəhhabilər şiələrə qarşı çox çalışırlar.

Bu səbəbdən bu məzhəb və inanclar haqqında məlumatım yox idi. Mən təhsil almaq üçün İrana getdim. Sonra bir qrupla müqəddəs Məşhəd şəhərinə getdik.

Orada İmam Rzanın (ə) ziyarətgahına getdik və qrupun bəzi professorları və rəhbərləri o həzrət haqqında mənim məlumat əldə etməyimə səbəb olan şeylər dedilər. Mən də təhsilimi davam edib elmimi artırdım və şiə oldum.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − five =