İmam Səccadın (ə) Ramazan ayına verdiyi 5 ad
İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə” kitabında Ramazan ayına 5 ad vermişdir ki, onlarla tanış olaq:
1. Ramazan ayı. İmamın (ə) bu müqəddəs ay üçün qərar verdiyi ilk ad – Ramazan ayıdır. Ramazan sözü “rəməz” sözündən götürülmüşdür ki, mənası günəşin yandırıcı nur saçmasıdır. Yəni, yüksək hərarət, yandırıcı hərarət nəzərdə tutulur. Peyğəmbərimiz (s) ona görə buyurur: “Bu ayın adını ona görə Ramazan ayı qoyublar ki, bu ayın nuraniliyi və hərarəti keçmiş günahları yandırar. Əməl dəftərinin qara səhifələrini ağardar”.
2. Orucluq ayı. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc – Mənim üçündür və Mən onun mükafatını verəcəyəm”. Oruc nəfsani istəkləri və şəhvəti aradan aparır və qəlbin səfasına səbəb olur.
İnsanın həm zahirini və həm də batinini paklayır və zinətləndirir. İnsana Allahın nemətlərini göstərir və əvəzində də insan Allaha şakir olur.
3. İslamın ayı. Həzrətin (ə) bu ay üçün qərar verdiyi adlardan biri də İslamın ayıdır. İslam – yəni haqqa təslim olmaq, hər bir batil məktəbdən əl çəkmək, daxili şeytanları qovmaq. Yaxşı olar ki, insan bu ayda özünü Allahın ixtiyarına qoysun. Desin ki, Allahım, ancaq Sənə pənah aparıram. Ramazan ayı – İbrahim olmaq ayıdır. Belə ki, Qurani-Kərim Həzrət İbrahim (ə) haqqında buyurur: “Həmçinin(peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona«əmrə təslim ol!» buy(uranda o, «Allahın əmrlərinə təslim oldum»dedi”. (“Bəqərə” 131).
4. Təthir ayı. İmamın (ə) bu ay üçün təyin etdiyi dördüncü ad – təthir və paklanma ayıdır. Yəni, insan bu ayda günahdan, haram maldan, pis əməllərdən paklanar. Əgər yanında əmanəti vardırsa, sahibinə geri qaytarar. Əgər şeytani əməl edibdirsə, tövbə edər.(Tebyan)
5. Qiyam ayı. İmamın (ə) bu ay üçün təyin etdiyi başqa bir ad – qiyam ayıdır. Yəni, insan bütün maddi və nəfsani istəklərinin qarşısında dayanar və onlarla mübarizə edər.
/Deyerler.org/