İmam Xomeyninin il dönümü ərəfəsində beynəlxalq konfrans baş tutacaq

İmam Xomeyninin il dönümü ərəfəsində beynəlxalq konfrans baş tutacaq

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi, İmam Xomeyninin vəfatının otuz ikinci ildönümü ərəfəsində, bu gün, 2 iyun, saat 14:00-dan 16: 45-dək İmam Xomeyninin siyasi düşüncəsi mövzusunda virtual olaraq beynəlxalq ixtisaslaşmış konfrans keçirəcəkdir.

İmam Xomeyninin (r.ə) ziyarətgahında Höccətül-islam Seyid Həsən Xomeyni, Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif və bir sıra yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçiriləcək bu beynəlxalq konfransda yerli və xarici mütəfəkkirlər və ziyalılar İmam Xomeyni və çağdaş dünyadakı proseslər və İslam dünyasının qarşılaşdığı problemlər haqqında çıxışlar edəcəklər.

Qeyd edək ki, bu konfrans Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (WWW.IPIS.IR) saytında canlı yayımlanacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 13 =