İmişlidə avtomobil qaz xəttini qırıb, ərazidə qaz təchizatı kəsilib – VİDEO

İmişlidə avtomobil qaz xəttini qırıb, ərazidə qaz təchizatı kəsilib –  VİDEO

İmişlidə qoşqulu avtomobilin qaz kəmərini qırması nəticəsində sakinlər qazsız qalıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində yerləşən Olimpiya kompleksinin yaxınlığında baş verib.

Kənd təsərrüfatı texnikası daşıyan ağır tonnajlı qoşqulu avtomobilin qaz kəmərini qırması nəticəsində şəhərin bir hissəsinin qaz təchizatı kəsilib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.


Faktla bağlı araşdırma aparılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 10 =