İmran Xan: İsraili tanımaq üçün mənə təzyiqlər edilir

İmran Xan: İsraili tanımaq üçün mənə təzyiqlər edilir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

“İsraili rəsmi olaraq tanımaq üçün mənə təzyiqlər olunur, amma heç vaxt bunu etməyəcəyəm!” – deyərək Pakistan Baş naziri İmran Xan İsrailin tanınması üçün təzyiq altında olduğunu söylədi.

Əlavə etdi: “Fələstin məsələsinə ədalətli bir həll təklif edilməyincə İslamabad heç vaxt “Sionist” dövləti tanımayacaq.”

İmran Xan bu mövzuda ona təzyiq göstərən ölkələrin adını çəkməyib.

İmran Xan jurnalistlərin “Bəhreyn və BƏƏ artıq Tel-Əvivlə iqtisadi və siyasi əlaqələr qurması və bəzi Körfəz ölkələri bu rejimlə münasibətləri normallaşdırma variantlarını nəzərdən keçirməsi” haqdakı sualına belə cavab verib:

“İslamabad uzun illərdir iqtisadi baxımdan neftlə zəngin Körfəz dövlətlərindən, əsasən Səudiyyə Ərəbistanı və BƏƏ-dən asılı vəziyyətdədir. İqtisadi cəhətdən öz ayaqlarımız üstə durduqdan sonra, bu suala cavab vermək olar.”

Fələstinliləri qane edəcək ədalətli bir razılaşma olmadığı təqdirdə, İsraili tanımaq fikrində olmadığını bildirib.” İsrailin tanınmasını dəfələrlə rədd edən bu ölkənin qurucusu “Məhəmməd Əli Cənah”ın mövqeyinə toxunaraq İmran Xan əlavə etdi: “İslamabad Fələstin məsələsində” Cənah”ın tutduğu mövqeyi və yolunu davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =