“İmzalanandan bir gün sonra müharibə başlayacaq” -Paşinyandan sensasion açıqlama

“İmzalanandan bir gün sonra müharibə başlayacaq” -Paşinyandan sensasion açıqlama

Publika.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

“Ancaq belə bir vəziyyət, baş nazirin fikrincə, həm riskləri, həm də imkanları ehtiva edir. Risklər demək olar ki, hər gün görünür və imkanlar ondan ibarətdir ki, Cənubi Qafqazın özü nəhəng yol ayrıcıdır və burada həm Ermənistanın, həm də Gürcüstanın rolu mühümdür. Bu baxımdan regional sabitlik Rusiya və Qərb üçün konsensusa çevrilə bilər, əks halda regional partlayış enerji təhlükəsizliyi baxımından geosiyasi mərkəzlər üçün yeni problemə çevriləcək”, – baş nazir bildirib.

Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanıması üçün Azərbaycanın da eyni addımı atmasını gözləyirik”.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır:

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanandan bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər. Bölgədə sülhün təmin olunması və kommunikasiyaların açılması vacibdir. Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 6 =