İndoneziya İsrail ilə münasibətlərin normallaşması üçün apardığı danışıqları inkar edir

İndoneziya İsrail ilə münasibətlərin normallaşması üçün apardığı danışıqları inkar edir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin Sionist rejimlə münasibətləri normallaşdırmaq planları olmadığını vurğuladı.

Çərşənbə axşamı İndoneziya bəzi İsrail mediasının münasibətləri normallaşdırmaq üçün rejimlə danışıqlar apardığı barədə xəbərlərini təkzib etdi.

İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Tyoko Faiz Siya “İsrail ilə hal-hazırda münasibət qurmağı planlaşdırmırıq. Fələstini dəstəkləmək və onu işğaldan azad etmək barədə qərarlıyıq.” – dedi.

O, İsrail mediasının İndoneziya ilə Sionist rejim arasındakı münasibətlərin mümkünlüyünə dair xəbərini “təəccüblü” adlandırdı və Cənub-Şərqi Asiya ölkəsindəki səlahiyyətlilərdən heç birinin İsraillilərlə danışıqlar aparmadığını söylədi.

İki gün əvvəl bir diplomatik mənbə Sionist qəzet olan The Jerusalem Post-a bildirdi ki, önümüzdəki həftələrdə Sionist rejimlə münasibətləri normallaşdıracaq növbəti ölkələr Oman və İndoneziya ola bilər. Tramp administrasiyası səlahiyyət müddəti bitmədən daha çox ölkəni İbrahim Sazişinə cəlb etmək üçün hər cür səy göstərdi.

BƏƏ, Bəhreyn, Sudan və Mərakeş artıq İsrail ilə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 20 =