İndoneziya sionist rejimin BMT-dən çıxarılmasını tələb edib
İndoneziya BMT-dən Fələstin xalqının soyqırımının qarşısını almaq üçün İsrail rejiminin bu təşkilatdakı üzvlüyündən çıxarılmasını tələb edib.
İRNA-nın məlumatına əsasən, İndoneziya Nümayəndələr Palatasının (DPR RI) Parlamentlərarası Əməkdaşlıq Komitəsi BMT-dən işğalçı İsrail rejiminin bu təşkilatdakı üzvlüyünün ləğvini istəyib.
Bu komitənin rəhbəri Mərdani Əli Sera deyib: İsrail ordusunun Fələstin xalqı əleyhinə soyqırım davam etdiyi üçün İsraili Birləşmiş Millətlər Təşkilatından çıxarın.
Onun sözlərinə görə, sionist rejim BMT-nin sülh, insan haqlarına hörmət və beynəlxalq əməkdaşlığa önəm verən nizamnaməsini pozub.
Mərdani Əli Sera əlavə edib: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində qeyd edilir ki, bu təşkilatın əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, xalqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək və mübahisələri sülh yolu ilə həll etməkdir. Amma İsrail bu nizamnaməyə uyğun davranmadığı üçün BMT-dən çıxarılmalıdır.