İndoneziya sionist rejimin Livandakı UNIFIL qüvvələrinə hücumlarını qınadı
İndoneziya sionist rejimin Livanın cənubundakı BMT sülhməramlı qüvvələrinin (UNIFIL) qərargahına hücumlarını pisləyib.
İRNA-nın verdiyi xəbərə görə, CNN xəbər kanalı bu gün (11 oktyabr) bu xəbəri dərc edərək yazıb: İndoneziya İsrailin UNIFIL qüvvələrinin Livandakı qərargahına və 2 BMT sülhməramlısının yaralanması ilə nəticələnən hücumunu “qəsdən edilmiş hücum” adlandıraraq bunu qınayır.
Məlumata görə, İndoneziyanın BMT-dəki nümayəndəliyi X sosial şəbəkəsində (Twitter) bu qərəzli hücumu pisləyərək yazıb: İsrailin bu rəftarı həm sülhməramlı missiya, həm də beynəlxalq ictimaiyyət üçün açıq-aşkar qorxu və təhdid yaratmaq cəhdini əks etdirir.
CNN daha sonra xəbər verib: İndoneziyanın BMT-dəki səfiri “Hari Prabowo, cümə axşamı (yerli vaxtla son gün) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında İsrailin hərəkətlərini qəbuledilməz adlandırıb.