İndoneziyada 5,2 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Yava adasında 5,2 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə yerli “The İndonesia Posts” nəşri məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri dənizdə yerləşib, təkanlar Cokyakar bölgəsində və ona bitişik ərazilərdə hiss olunub.
Apa.az