İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 134 000 nəfərin yaşadığı cayapura şəhərindən 287 km qərbdə, 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi, dağıntı və tələfatla bağlı məlumat yoxdur.
Lent.az