İndoneziyada 7,2 bal gücündə zəlzələ baş verdi
Publika.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Maluku əyaləti sahillərində olan zəlzələnin maqnitudasının 7,2 bal olduğunu açıqlayıb.
Zəlzələ 60 kilometr dərinlikdə qeydə alınıb.
Ölkədə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Publika.az