İndoneziyada sərnişin təyyarəsi radarlardan itib

İndoneziyada sərnişin təyyarəsi radarlardan itib

İndoneziyada “Sriwijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.

İnterAz-ın məlumatına görə, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən Pontianak şəhərinə uçuş həyata keçirirdi.

Təyyarə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.

Qeyd olunur ki, “Boeing 737-524” təyyarəsi sonuncu dəfə Yava dənizi üzərində, Yava adasının şimal sahilləri yaxınlığında radarlarda görünüb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − nine =